Loading Tədbirlər

Keçmiş Tədbirlər

Tədbirlər Search and Views Navigation

Tədbirin Views Navigation

Fevral 2020

İsveçin Acıq İctimai Televiziyasinda Xocalı faciəsi haqqında “Sonsuz dəhliz” filminin nümayişi

Çərş. 26 Fev 2020 @ 21:30

26 fevral 2020-ci il saat 21:30 da İsveçin Açıq İctimai telekanalında Litvalı rejissor Aleksandras Brokasın "Sonsuz Dəhliz" tammetrajlı sənədli filmi göstəriləcək. Filmin göstərilmə haqqını verdiyi üçün rejissora təşəkkürümüzü bildiririk.

Ətraflı »

Press Klub TV-nin növbəti proqramı

Cümə 28 Fev 2020 @ 21:00 - Şənbə 29 Fev 2020 @ 21:00

Fevralın 28-i saat 21.00-dan Press Klub TV-nin növbəti proqramı YouTube kanalı üzərindən yayımda olacaq.  Proqramda: Siyasət (“İdlib böhranı”) Siyasət (“İranda proseslər və onların bölgəyə təsiri”) Sosial şəbəkənin gündəmi Ekspres intervü (“Koronavirus Azərbaycanda”)

Ətraflı »

Mart 2020

Ölkədə devalvasiya təhlükəsi realdırmı?

Çərş. 11 Mar 2020 @ 21:00 - 23:30

Dünya bazarında neftin kəskin ucuzlaşması Azərbaycan iqtisadiyyatına və həyatımıza necə təsir göstərəcək? Ölkədə devalvasiya təhlükəsi realdırmı? Pressklub TV-nin martin 11-i saat 21-də efirə çıxacaq “Rakurs” verilişində bu barədə danışılacaq! Yutubda kanalımıza (pressklub.tv) abunə olun və bizi izləyin!!!

Ətraflı »

“Mirzə Cəlilin Azərbaycanı” filminin Tbilisidə təqdimatı

Çərş. 25 Mar 2020 @ 17:00

“Səlnamə” studiyasının istehsal etdiyi, Mirzə Cəlil Məmmədquluzadənin 150-illiyinə həsr olunmuş sənədli filmin xaricdə ilk premyerası Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə M.F.Axundov adına mədəniyyət müzeyində keçiriləcək. Onun prodüseri Nazim Hüseynov, rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, operatoru Elxan Rüstəmovdur.

Ətraflı »

Münaqişəsiz Qafqaz illüziya, yoxsa reallıqdır?

Cümə 27 Mar 2020 @ 19:00

Qafqaz bu gün hansı qayğılarla yaşayır? Koronovirus siyasi prosesləri və münaqişələri arxa plana necə keçirib? Münaqişəsiz Qafqaz illüziya, yoxsa reallıqdır? Azərbaycan, Gürcüstan, Ermənistan və Dağıstan ziyalıları bu barədə nə düşünürlər? Aytən Əliyevanın aparıcılığı ilə efirə çıxan “41-ci paralel” verilişində bu barədə danışılacaq. Pressklub TV, 17 mart saat 21.00

Ətraflı »

May 2020

Fransa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qrosla müsahibə

C. axşamı 7 May 2020 @ 12:00 - 23:30

Fransa Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros “Avropa ölkələri “ümumi düşmənə” - koronavirusa qarşı mübarizədə nə üçün bir-birindən ayrı düşdü?”, “Dağlıq Qarabağ münaqişəsi nə üçün əvvəlki qədər Avropanın diqqət çəkmir?”, “Fransa niyə Türkiyənin Aİ üzvlüyü əleyhinə çıxış edir və onun bu ölkədən gözləntiləri nədən ibarətdir?” kimi suallarımıza cavab verir.

Ətraflı »

Yalama döyüşü haqqında film: aprelin 26-da Pressklub TV-də, aprelin 28-də İsveç İctimai Televiziyasında

C. axşamı 28 May 2020 @ 20:30 - 23:59

26 aprel, saat 19.00-dan Pressklub TV-də: “Könlümün sevgili məhbubu mənim” 3 hissəli sənədli dramın birinci hissəsi – “Ruhların nəğməsi” 28 aprel, 20.30-dan İsveç İctimai Televiziyasında (Öppna kanalen): “Əsgərlər unudulanda ölürlər” sənədli filmi (ingilis dilində subtitrlərlə)

Ətraflı »

Iyun 2020

Gəncə üsyanı – 100: Şərəf və Namusumuzun paytaxtı

Çərş. 10 Iyun 2020 @ 00:00 - 23:59

Mayin 25-də sovet istilasına qarşı Azərbaycanda ilk üsyanın 100 illiyi tamam olur. "Azərbaycan" qəzetinin redaktoru Ceyhun Hacıbəyli onu belə qiymətləndirmişdi: “Gəncə üsyanı Şərəf və Namusun yenidən etibar qazandığı bir dastandır! Gəncədə may ayında axan türk qanı 27 aprel hadisəsi zamanı millətimizə atılan ləkəni silib götürdü”. Bu gün eyni sözləri təkrar etməyə haqqımız çatdığı üçün biz Gəncə şəhidlərinə, Milli Ordu zabitlərimizə və əsgərlərimizə əbədi borcluyuq. 2020-ci il mayın 25-də həmin hadisələr haqqında bilmədiklərinizi pressklub.az-da oxuyun, eşitmədiklərinizi Pressklub TV-də eşidin.

Ətraflı »

Iyul 2020

“Karantin mənzərələri” fotomüsabiqəsi davam edir

Bazar 12 Iyul 2020 @ 00:00 - 23:59

Bakı Mətbuat Klubu “Karantin mənzərələri” fotomüsabiqəsi elan edir. Evdə olduğunuz müddətdə bir az da fotoreportyor peşəsinə yiyələnin, maraqlı, könülaçan mənzərələrin şəklini çəkib mayın 31-dək info@pressklub.az ünvanına göndərin. Ən uğurlu fotonun müəllifi mobil telefonla mükafatlandırılacaq. Müsabiqəyə təqdim olunmuş fotolar: 15. “Lap az qalıb” (Foto: Orxan Sultanov) 14. “Mənə də yeməyə bir şey atın, nə olar?” (Foto: Orxan Sultanov) 13. “Evdən çıxanda unutmamar üçün” (Foto: Orxan Sultanov) 12. Koronovirus getdi? (Foto: Mirsəid Ağayev) 11. Yeni gün belə başlanır! (Foto: Təranə Məmmədli) 10.…

Ətraflı »

Beş ildən sonra MEDİA itirdiyi AÇARInı tapacaqmı?

Çərş. 22 Iyul 2020 @ 08:00 - 17:00
Ətraflı »
+ Təqviminə əlavə et